Haqqımızda
Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin təşkil etdiyi Eagles Olympiad Respublikada yerləşən ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən bilik müsabiqəsidir.
Müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasında yerləşən Ümumtəhsil məktəblərində təhsil alan II-VIII sinif şagirdlərini onlayn test vasitəsilə qiymətləndirərək istedadlı şagirdləri aşkar etmək, onların elmi potensiallarının inkişaf etdirmək və şagirdlərin öz həmyaşıdları arasında reytinq cədvəlini hazırlamaqdır.
Olimpiada 3 fərqli kateqoriya üzrə test formatında həyata keçirilir. Bu kateqoriyalar riyaziyyat, ana-dili və həyat bilgisinə (ümumi biliklər və təbiət) aid test tapşırıqlarından ibarətdir.
Olimpiada 3 mərhələdən ibarətdir.
Birinci mərhələ sınaq mərhələsi adlanır və ödənişsizdir. Bu mərhələnin keçirilməsində əsas məqsəd şagirdlərin imtahan formatı ilə tanış olmasını təmin etməkdir.
İkinci mərhələdə şagirdlər 3 kateqoriya üzrə seçilmiş test tapşırıqlarını cavablandıraraq müvafiq bal toplamaqla özlərinin reytinq cədvəlini müəyyən edəcəklər. Bu mərhələ qış mərhələsi adlandırılır və fevral ayının əvvəlində onlayn olaraq həyata keçirilir.
Üçüncü mərhələ yaz mərhələsi adlandırılır və may ayının əvvəlində onlayn şəkildə keçirilir.
Dördüncü mərhələ isə final mərhələsidir. Qış və yaz mərhələlərində hər sinif üzrə yüksək nəticə əldə etmiş şagirdlər dəvət olunur. Final mərhələsi oktyabr ayının sonunda ənənəvi qaydada keçirilir.
Reytinq üzrə kateqoriyalara reytinqlər bölməsinə daxil olaraq məlumat ala bilərsiniz.
Qiymətləndirmə iki şəkildə həyata keçiriləcəkdir.
- Hər mərhələ üzrə 1-3-cü yerləri tutmuş şagirdlər olimpiadanın medalı ilə təltif olunacaqlar. Bütün şagirdlər sertifikat əldə edəcəklər.
- Final mərhələsində qalib olmuş şagirdlər isə təşkil olunacaq yekun tədbirdə iştirak edəcək və olimpiadanın kuboku, medal və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Mükafatlar bölməsinə daxil olaraq hədiyyələrlə bağlı ətraflı məlumat ala bilərsiniz.